Главная > Maraqlı > “Şərəfli qadın ömrü” mövzusunda şəhid anaları və fəal qadınlarla görüş

“Şərəfli qadın ömrü” mövzusunda şəhid anaları və fəal qadınlarla görüş


6-03-2023, 18:10. Разместил: admin44

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Şərəfli qadın ömrü” mövzusunda şəhid anaları və fəal qadınlarla görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.  

Seyfəddin Əliyev tədbir iştirakçılarını qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs etmişdir. Bildirilmişdir ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük deyən rayon təşkilatının sədri Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı.

Seyfəddin Əliyev müharibə şəraitində olan ölkəmizdə anaların üzərinə böyük bir məsuliyyətin düşdüyündən, bu gün Azərbaycan anaları xalqımızın gələcəyi sayılan gənclərin vətənpərvərlik ruhunda, milli dəyərlərimizə bağlı, xalqına yurduna bağlı şəkildə böyüyüb inkişaf etməsini təmin etməsindən,  Azərbaycan anaları sağlam gəncliyin dövlətçilik ruhunda, düzgün istiqamətdə yetişməsində çalışmaqlarından geniş bəhs etdi.

Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb, onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd etdi.

Tədbirdə Şəhid anası Günay Seyfullayeva, fəal qadınlardan Göyçək Ələsgərova, Dilarə Hüseynova, Lətifə Qənbərzadə, Nazilə Hüseynova, Mənijə Yəhyayeva, Nailə Əsədullayeva, Fəridə Ağayeva, Natəvan Əliyeva və başqaları çıxış edərək çıxış edərək ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад