Главная > Maraqlı > “Masallı Gənclər Evi” SXM əməkdaşlarının qadınlarla görüşü

“Masallı Gənclər Evi” SXM əməkdaşlarının qadınlarla görüşü


6-03-2023, 18:15. Разместил: admin44

6 mart 2023-cü il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar Günü” nün qeyd olunması ilə əlaqədar sağlamlıq imkanı məhdud xanımlar və zəhmətkeş xanımlar ilə görüş keçirilib.

Görüşdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov təbrik nitqi ilə çıxış edib və bütün Azərbaycan xanımlarının timsalında xanım əməkdaşlarımızı təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıbdır.

Daha sonra çıxış edən xalçaçı Tünzalə Abuzərova Azərbaycan xalçaçılıq sənətinə gətirilən yeniliklərdən, xalçatoxuma ənənələrindən, xalçaçılığın tarixindən, xalçatoxuma texnikası, süjetli xalçaların toxunması və digər məsələlərlə bağlı ətraflı məlumatlar verərək, bu cür keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Sonda “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən sağlamlıq imkanı məhdud xanımlar və zəhmətkeş xanımlara gül buketi hədiyyələri təqdim edilib.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад