Главная > Maraqlı > Masallıda qadınlar arasında Breyn-rinq yarışı

Masallıda qadınlar arasında Breyn-rinq yarışı


7-03-2023, 18:39. Разместил: admin44

Masallıda 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyn-rinq yarışı  üzrə rayon birinciliyi keçirilib.

07 mart 2023-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” SXM-nin və Lənkəran –Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı və Masllı Regional Mədəniyyət İdarəsin, Masallı Dövlət Regional Kollecinin və Masallı rayon ASAN Xidmət Mərkəzinin iştrakı ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyn-rinq bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Mükafatlandırılma mərasimində tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq tədbir iştrakçılarını salamlamış və qeyd etmişdir ki, bu tədbirin keçirilməsində əsas məqsəd qadınlar üçün bayram atmosferi təşkil etmək, onları sevindirmək və onların kollektivin ayrılmaz hissəsi olduğunu göstərməkdir. İdarə rəyisi Sabiq Cahangirov sonda  bütün Azərbaycan  qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmişdir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova çıxış edərək bildirdi ki, Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur.Sonda bir daha bütün Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmişdir.

Tədbirdə Lənkəran –Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov,Ombusmanın cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, “Masallı Gənclər Evi”SXM-nin direktoru Fuad Mənsimov, şəhid anasaı Mehriban Sultanova və başqaları çıxış edərək iştirakçıları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Gərgin mübarizə şəraitində davam edən rayon birinciliyində birinci yerə Masallı Regional Mədəniyyət İdarəsinin “Buta” komandası, ikinci yerə Masallı rayonu üzrə təhsil sektorunun “Təhsil” komandası, üçüncü yerə Masallı Dövlət Regional Kollecinin “Zəfər” komandası və birinciliyin fərqlənən komandası isə  Masallı rayon ASAN Xidmət Mərkəzinin “ASAN xidmət” komandası oldu.

 Birinciliydə bütün iştrakçılar təşkilat komitəsi tərəfindən diplom,hədiyyə və təşəkkürnamə ilə təltif olundular.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад