Главная > Maraqlı > “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Toğrul Nəcəfovu ziyarət

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Toğrul Nəcəfovu ziyarət


9-03-2023, 18:28. Разместил: admin44

09 mart 2023-cü il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi Nəcəfov Toğrul Nəriman oğlunu ziyarət ediblər. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Nəcəfov Toğrul Nəriman oğlu 21 mart 2000-ci il tarixində Masallı rayon Hüseynhacılı kəndində anadan olmuş, 2007-2018-ci illərdə Hüseynhacılı kəndində təhsil almış, 2018-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib.

Qəhrəmanımız Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Qubadlı rayonun azadlığı uğrunda gedən döyüşdə sol qolundan və sol ayağından yaralanmış və 3-cü qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nəcəfov Toğrul Nəriman oğlu “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад