Главная > Maraqlı > Masallıda əlil qadınlar ziyarət olundu

Masallıda əlil qadınlar ziyarət olundu


9-03-2023, 18:31. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhər ərazisində yaşayan fiziki imkanları məhdud olan qadınlar “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ziyarət edilmişdir..

Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçiləri Nuranə Muradova, Nahid Həsənov və Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva Masallı şəhərində yaşayan fiziki məhdudiyyətli qadınlar Məmmədli Könül Ədalət qızı, Ağayeva Aminə Alman qızı, Sadatova İlahə Rizvan qızı, Əsədli Yeganə Samiq qızı və Hacıyeva Aygün Kərim qızını evində ziyarət edərək RİH başçısı cənab Araz Əhmədovun təbrikini çatdırmış, hər birinə maddi yardım və hədiyyə təqdim etmişlər.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 
   шаблоны для dle 11.2
Вернуться назад