Главная > Maraqlı > Dayanıqlı inkişafının zəmanəti, təhlükəsizlik və sabitlikdir
Dayanıqlı inkişafının zəmanəti, təhlükəsizlik və sabitlikdir8-03-2023, 09:54. Разместил: admin44 |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar vermişdir.Dövlətimizin başçısı Milli Məclisdə islahatlar,parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər aparmışdır. Cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”. Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir: “O təşkilatlarda ki,bizə qarşı əsassız yanaşma var,bizə qarşı ittihamlar irəli sürülür,biz orada mübariz olmalıyıq.Onların qarşısında yaxşı olmaq yox ,dövlət,xalq qarşısında yaxşı olmaq lazımdır.Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar,əzirlər ,öldürürlər,həbs edirlər.” Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir Eyni zamanda, Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması ,həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik,düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir. Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir,dövlət idarəetmə sistemi,icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması,islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki,müasirləşməyə,yeniləşməyə,ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq. Aidə Şıxəliyeva, Masallı rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |