Главная > Maraqlı > Milli Məclisin ölkəmizin uğurlu inkişafında rolu
Milli Məclisin ölkəmizin uğurlu inkişafında rolu10-03-2023, 10:00. Разместил: admin44 |
10 mart 2020-ci il VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.İclasda Prezident İlham Əliyev şıxış edərək deputatları salamlayıb,VI çağırış Milli Məclisin öz işinə başlaması münasibəti ilə onları salamlayıb. Çıxışa başlayan Prezident V çağırış Milli Məclisin deputatlarına fəaliyyətlərinə görə təşəkkürünü bildirib.Cənab Prezident qeyd edib ki,Milli Məclisin ölkəmizin uğurlu inkişafında rolu böyükdür. Cənab Əliyev fevralın 9-da keçirilmiş parlament seçkilərini ölkəmiz üçün vacib hadisə hesab etmişdir. Belə ki, seşkilərin növbədənkənar keçirilməsi islahatları dərinləşdirməkdir. Cənab Prezident bildirmişdir ki, seçkilərdə 1300 –dən çox namizədin olması onlara göstərilən etimaddan irəli gəlmişdir. Ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə etmək üçün bir şox beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət olunmuşdu. Beynəlxalq müşahidəçilərin də iştirak etdiyi seçkilərdə reallıq öz əksini tapmışdır. Xalq azad şəkildə öz seçici hüququndan istifadə etmişdir. Lakin bəzi qüsurlar da nəzərə alınmalıdır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilər haqqında obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə hazır olduğunu bəyan etmişdir. Müşahidəçi qismində dəvət alanlar bu seçkidə istirak etdilər. Bəzi qrumlar isə bu seçkiyə dəvət almadığı halda seçkilərdə müşahidəçi qismində iştirak etməkdən imtina etdiklərini bildirmişdilər. Avropa Parlamentinə dəvət göndərilməmişdir.Çünki onların qərəzli siyasət yürütdükləri bəllidir.Azərbaycan bunu dəfələrlə şahidi olub.Belə bir halda Avropa Parlamentinin müşahidəçi qismində iştirak etməkdən imtina etməsi özü bir cəfəngiyyatdır.Biz xalqolaraq o təşkilata güvənmirik. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir Azərbaycanda keçirilən seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətləndirildiyinin sübut edir.VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir.Təbii ki,bu çox müsbət haldır.Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır.Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər.Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki,bu,demokratiyanın inkişafında önəmli addımdır. Daha sonra İlham Əliyev digər məsələlər barədə öz fikrini söyləmişdir. Prezident bildirmişdir ki, beynəlxalq təşkilatlar çərçivəsində də fəaliyyətimiz məqsədyönlu olmalıdır.Parlament hər sahədə görülən işkərdə rolunu artırmalıdır. Hökumət nümayəndələri parlamentlə daima əlaqədə olmalıdırlar. Azərbaycanda keçirilən seçkilər bir daha sübut etdi ki,bu gün iqtidar tərəfindən aparılan siyası kursa alternativ yoxdur. Ş.Xəlilova. S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |