Главная > Maraqlı > 8 Mart- Beynəlxalq Qadınlar Günü

8 Mart- Beynəlxalq Qadınlar Günü


8-03-2023, 13:19. Разместил: admin44

Həyatımızı, evimizi qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadın zəriflik, gözəllik simvoludur. Əbəs yerə deyil ki, qadınlarımızın şərəfinə nəğmələr bəstələnir, şeirlər yazılır.Şairlərimizin ən təsirli şeirləri məhz qadınlara-analara həsr olunub, onların gözəlliyi,nəcibliyi tərənnüm olunub.
           
 Azərbaycan qadını öz zərifliyi, nəcibliyi ilə deyil, həm də gücü, iradəsi, dövləti idarə etmək bacarığı ilə də tarixin yaddaşında dərin iz buraxmışdır. Tarixə nəzər salsaq bunun əyani sübutunu görmüş olarıq.Belə qadınlarımız öz əzmi,iradəsi,gücü ilə digər qadınlarımıza,sözün əsl mənasında,örnəkdir.
             
Təkcə ölkənin siyasi işlərindəki fəallığa görəmi yaddaçlarda qalıb Azərbaycan qadını? Xeyr.Yeri gələndə əlinə silah alıb düşmən üzərinə getməyi də bacarır,xidməti vəzifəsini yerinə yetirərkən ölümü belə gözə alır.
             
Tariximizin,mədəmiyyətimizin parıaq səhifəsi məhz onun adı ilə bağlıdır.Neçə-neçə görkəmli elm xadimləri,tanınmış sənət adamlarıdır bizim qadınlar.Onlar plkənin ictimai-siyasi,mədəni işlərində heç də kişilərdən geri qalmırlar.
             
Ölkəmizdə bir çox bayramlar qeyd edilir,amma 8Mart ən əlamətdar bayram günlərindəndir.8Mart Beynəlxalq Qadınlar Günü bayram kimi  hər il müxtəlif dünya dövlətlərində,eləcə də respublikamızda qeyd olunur.
               
Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Iliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Ulu Öndər həyatın bütün sahələrində qadınlara xüsusi yer ayırırdı,onların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaradırdı.
               
Bu gün bizim qadınlar ən ali məqamlarda öz yerlərini tutublar.İndi qadınlarımız çəxsi biznes fəaliyyəti  göstərərək ev xanımından sahibkar qadına çevriliblər.
             
Əvvəlki illərə nisbətən qızlarımız təhsilə daha çox maraq göstərir,ictimai işlərdə daha fəaldırlar.Zaman keçdikcə qadınların fəallığı daha da artır.
             
Azərbaycan qadını güclüdür,onun gücünü kimsə qıra bilməz.44 günlük müharibədə böyük əzmkarlıqla güc nümayiş etdirdi. Yoldaşını,qardaşını,oğlunu Vətən yolunda qurban verdi,özü belə şəhidlik zirvəsinə ucaldı.
               
Bu bayram Sizin haqqınızdır,əziz qadınlar.Siz bu günümüzün,həm də sabahımızın gülən üzüsünüz.Tanrı üzünüzdəki gülüşü heç vaxt dondurmasın,daima üzünüz gülsün.Siz gülün ki bəşər də sizinlə gülsün.
             
Bayramınız mübarək,bizim fədakar qaınlarımız.



Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac hənd 1 saylı tam orta məktəbin müəllimi


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

   шаблоны для dle 11.2
Вернуться назад