Главная > Maraqlı > 8 Mart-Beynəlxalq Qadınlar bayramıdır!

8 Mart-Beynəlxalq Qadınlar bayramıdır!


10-03-2023, 12:29. Разместил: admin44

Bütün dünyada Beynəlxalq gün kimi qeyd edilən günlərdən biri də, 8 mart Beynəlxalq Qadınlar günüdü. Tarixi çox əvvələ dayanan bu gün əməkçi qadınların öz haqlarını tələb etməsilə başlayıb. 1908-ci ildə 15 qadın iş gününün qısaldılması,  əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda nümayişə çıxıb (əksər ştatlarda qadınlar bu hüququ 1920-ci ildə əldə ediblər, ABŞ Konstitusiyasında 19-cu düzəliş qəbul olunduqdan sonra). Ertəsi il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib.
         
1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib.  1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub. Klara Setkin konkret tarix deməyib. Qadınlar günü Almaniyada ilk dəfə, Prussiyada 1848-ci il Mart İnqilabı ilə əlaqədar, martın 19-da bayram edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar Gününü martın 2-si, 9-u və 12-si martda, eləcə də 2-si və 12-si mayda qeyd ediblər.
           
8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün  (köhnə tarix stili ilə fevralın 27-də) Petroqradda "Çörək və sülh!" tələbi ilə Vıborq rayonu  toxuma fabrikləri işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib.
           
 Sovet hakimiyyətinin ilk illəri Vıborq toxucu qadınları çarizmin devrilməsinin ilk təşəbbüsçüləri kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çarpdırılmayıb.
             
1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan  edib.Azərbaycan müstəqil olandan bu günə qədər həmin gün ölkədə qeyri iş günün kimi təsis edilib.1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq  Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi,  elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
               
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər  Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
             
 Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu   fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bu gün   ölkəmizdə önəmli vəzifələrdə qadınların olması ölkəmizdə qadınların hüquqlarının qorunması və onlara hər bir azadlığın verilməsi göz önündədirBirləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi.
             
Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də, buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
             
1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi  yaradıldı. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
       
1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.Bu dünyanın ən zərif yaradılışıdı qadın.Qadınlar təkcə bir gün deyil hər gün xoşbəxt olsunlar.



Nəzrin  Həbibli,
Masallı rayonu Tüklə kəndi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад