Главная > Maraqlı > ADPU tələbələri şəhid İntiqam Abbasovun ailəsini ziyarət ediblər

ADPU tələbələri şəhid İntiqam Abbasovun ailəsini ziyarət ediblər


10-03-2023, 18:56. Разместил: admin44

Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (ADPU Könüllüləri) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə tələbələr Vətən müharibəsi şəhidi İntiqam Abbasovun ailəsini ziyarət ediblər.

ADPU-dan bildirilib ki, şəhidin ailə üzvləri tələbələrə İntiqamın keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sevgisindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.
Azərbaycan Ordusunun baş giziri, tankçı İntiqam Abbasov Vətən müharibəsinin ilk günlərində - sentyabrın 29-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön cəbhədə şəhid olub. Masallı rayonunun Köçəkli kəndində dəfn edilib.

Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, İntiqam Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, şəhidin övladı Xədicə Abbasova ADPU-da tarix və coğrafiya müəllimliyi ixtisası üzrə III kursda təhsil alır.



"Yeni heyet" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад