Главная > Maraqlı > Masallıda “Yaşıl məktəb” ağacəkmə aksiyası

Masallıda “Yaşıl məktəb” ağacəkmə aksiyası


10-03-2023, 23:30. Разместил: admin44

Masallı rayonu üzrə ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası keçirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan aksiyanın keçirilməsində məqsədi eyni zamanda ətraf mühitin qorunması, şagird, tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Aksiya çərçivəsində Masallı rayonunun bütün ümumtəhsil, orta ixtisas, məktəbdəqədər təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılır. Artıq 500-dən artıq meyvə və şam ağacları əkilib.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад