Главная > Maraqlı > Allah rəhmət eləsin       

Allah rəhmət eləsin       


13-03-2023, 16:54. Разместил: admin44
                                                                             
Xəbər verdiyimiz kimi, bu gün, 13 mart 2023-cü il tarixdə dəyərli şəxsiyyət və tanınmış Azərbaycan ziyalısı, Tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının Professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Masallı rayonunun Xıl kəndindən olan Musa Quluzadə (Musa Nizam oğlu Quliyev) vəfat edib.

Musa Quluzadə 1939-cu il mayın 20-də əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır.
   
 Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur.
   
 Bir müddət "Bilik" cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Akademiyada aspirantura, doktorantura şöbəsinin müdiri işləmişdir.
     
1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın, 150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir.
     
Masallı ictimaiyyəti adından kədərləndirdiyimizi bildirir, mərhumun yaxınlarına və sevənlərinə dərin hüznlə başsağlığı veririk.

Allah Musa müəllimə rəhmət eləsin.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
     


шаблоны для dle 11.2
Вернуться назад