Главная > Maraqlı > “Biz sülh istəyirik”

“Biz sülh istəyirik”


12-03-2023, 11:22. Разместил: admin44

Azərbaycan Respublikası İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Formunda dövlətimizin başçısı və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər birdaha sübut edir ki,dünya ictimaiyyəti,siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət,Avrasiyageostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar.Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı məzmunlu və əhatəli çıxışı iştirakçıların,ölkə ictimaiyyətinin və KİV-lərin böyük marağına səbəb olub.Bu gün biz soyuq müharibənin bitməsindən sonra ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq.Qoşulmama hərəkatı münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama hərəkatının təməl prinsiplərinin  - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır.Həmin prinsiplər  - sülh,əməkdaşlıq,ərazi bütövlüyünə və suverenliyə hörmət,habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Münaqişələrin həllinə gəldikdə,bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir.Hər bir beynəlxalq tədbirdə olduğu kimi,bu dəfə də Prezident Ermənistan-Azərbaycan münaqişəsi haqqında geniş danışdı.Prezident İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki-dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı.Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi.Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi.Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə ,məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi.Lakin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması ilə nəticələndi.Dövlətimizin başçısı ötən dövrdə Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını da bəyan etdi.Onlar bizə qarşı təcavüz səbəbindən,həqiqətən müstəqil olmaq,öz gələcəyini qurmaq şansını əldən buraxıblar.

Beləliklə,hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb.Bir sözlə,biz sülh istəyirik.Biz hər hansı digər müharibəni istəmirik.Hesab edirik ki,sülhə nail olmaq olar.

Düşünürəm ki,Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli,sülh quruculuğu,beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Formunda yeni ideyaların,yanaşmaların meydana çıxmasına  və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcək.



Aidə  Şıxəliyeva,
Masallı rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад