Главная > Maraqlı > “Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı

“Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı


14-03-2023, 18:17. Разместил: admin44

Masallı “Asan xidmət” mərkəzində  Masallı rayonu üzrə ümumi  təhsil müəssisələrinin şagirdləri  və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin  dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş  “Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı keçirilib.

6 komandanın iştirakı ilə gərgin mübarizə şəraitində davam edən yarışda Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin “Zəfər” komandası I, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin “Forte” komandası II, “Piano” komandası isə III yerə layiq görülüb.

Yekunda qaliblərə  təşkilatçılar tərəfindən  “Fəxri Fərman” lar təqdim olunub.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад