Главная > Maraqlı / Manşet > Masallıda “Qəhrəman təhsil işçiləri” adlı kitabın təqdimatı

Masallıda “Qəhrəman təhsil işçiləri” adlı kitabın təqdimatı


16-03-2023, 18:23. Разместил: admin44

16 mart 2023-cü il tarixdə R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi “Qəhrəman təhsil işçiləri” adlı kitabın təqdimatı olmuşdur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, komitənin baş məsləhətçisi Rasim Nurullayev, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Ağamməd Şəmmədov, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, şəhid anası Mehriban Sultanova iştirak edib.

Qonaqlar çıxış edərək prezident cənab İlham Əliyev və rayon rəhbəri cənab Araz Əhmədovun şəhid ailələri, qazilər və 44 günlük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik etmişlər.Onların keçdiyi həyat yolunun ümumtəhsil məktəblərində şagirdlərə örnək göstərilməsində “Qəhrəman təhsil işçiləri” adlı kitabın rolundan danışmışlar.

Daha sonra tədbirdə iştirak edən 34 nəfər qazi təhsil işçisinə  “Qəhrəman təhsil işçiləri” adlı kitab təqdim edilmişdir.

Tədbirin sonunda bir neçə qazi çıxış edərək ölkə başçısına minnətdarlıq bildirmişlər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад