Главная > Maraqlı > Masallının “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkildi
Masallının “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkildi17-03-2023, 18:42. Разместил: admin44 |
Yazın gəlişi ilə Masallıda yaşıllaşdırma işlərinə start verilib. Martın 17-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsi, YAP Masallı rayon təşkilatı, Stastika idarəsi və Yaşıllaşdırma müəssisəsi ilə birlikdə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirmişlər. Aksiya iştirakçıları şəhərin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkilmişlər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |