Главная > Maraqlı > “Heydər Əliyev- böyük tarixi şəxsiyyət” adlı tarix dərsi

“Heydər Əliyev- böyük tarixi şəxsiyyət” adlı tarix dərsi


17-03-2023, 18:51. Разместил: admin44

Martın 17-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyası ilə birgə ”Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev- böyük tarixi şəxsiyyət” adlı tarix dərsi keçirildi. Muzeydə keçirilən tarix dərsində Rafiq Əlihəsənov adına Masallı şəhər  1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin əməkdaşı Çingiz Qurbanov tarixi şəxsiyyət olan Heydər Əliyev və onun Azərbaycan xalqı üçün gördüyü geniş miqyaslı və şaxəli işlərlə bağlı geniş məruzə etdi.

Sonra qalereyanın direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək Heydər Əliyev böyük tarixi şəxsiyyət olaraq Azərbaycan xalqının tarixində əvəzsiz iz qoyduğunu xüsusi qeyd etdi. Dərsin sonunda şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı sualları cavablandırdılar. Eyni zamanda şagirdlər muzey və qalereyaya ekskursiya etmiş oldular.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад