Главная > Maraqlı > Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


17-03-2023, 19:22. Разместил: admin44


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
15 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri  Masallı, Şamaxı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
 
Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
Bakı şəhəri üzrə
1.Tağıyev Rəşad
Ədalət oğlu
Nizami rayonu, E.Süleymanov küçəsi 94İnzibati protokol tərtib edilib
2.İsfəndiyarov Vəliyəddin Məhiyəddin oğluNizami rayonu, İ.Məmmədov küçəsi 7İnzibati protokol tərtib edilib
3.Rəhimov Qabil Məhərrəm oğluSabunçu rayonu, Balaxanı qəs., S.Rəhimov küçəsinin kəsişməsiİnzibati protokol tərtib edilib
Şamaxı rayonu üzrə
4.İmanov Malik Adil oğluŞamaxı rayonu, N.Nərimanov küçəsiİnzibati protokol tərtib edilib
Masallı rayonu üzrə
5.Hacıyev Rafət Rauf oğluBoradigah qəsəbəsiİnzibati protokol tərtib edilib
6.Cəfərov Siyruz
Pərviz oğlu
Çayqıraq kəndiİnzibati protokol tərtib edilib
Xaçmaz rayonu üzrə
7.Məlikməmmədov Rəşad İlyas oğluKöhnə Xaçmaz kəndiYenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb
8.Seyidov Zaur
Buludxan oğlu
Köhnə Xaçmaz kəndiYenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb
 
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад