Главная > Maraqlı > Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib21-03-2023, 19:13. Разместил: admin44 |
Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ilin 16 mart tarixində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib.Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edib.O,çıxışında Zirvə görüşündə iştirak edən Türk dövlət başçılarını,o cümlədən Türkiyə Cümhuriyyətinin başçısı cənab R.T.Ərdoğanı salamlayaraq, tədbirdə iştirak edən Türk dövlət başçılarını Türkiyədə baş vermiş zəlzələnin yaratdığı fəsadları haqqında məlumat verib. Dövlətimizin başçısı çıxışında Türkiyədə baş vermiş zəlzələnin törətdiyi fəsadları aradan qaldırılması üçün Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu, Türkiyəyə lazımi dəstək göstərdiklərini ifadə etmişdir. Prezident İlham Əliyev çıxışında Azərbaycandan 940 nəfər xilasedici, könüllü və tibb personalı zəlzələ bölgəsinə göndərildiyini, Türkiyəyə göndərilən xilasedicilər arasında Azərbaycan dünya ölkələri arasında birinci yerdə olduğunu, xilasedicilərimiz və həkimlərimizin səyi nəticəsində dağıntılar arasında 53 nəfərin sağ çıxarıldığını bildirib.Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında çıxarıldığını, ümumilikdə tibb personalımızın 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini qeyd etmişdir.Azərbaycan Prezidenti çıxışında 45 milyon ABŞ dollarındanartıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürüldüyünü, bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım göndərildiyini bildirib. Prezident bildirmişdir ki, Azərbaycan və Türkiyə həm sevincli,həm də kədərli günlərdə bir-birinin yanında olmuşdur.Bundan sonra da belə olacaq.Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Cümhurbaşqanı R.T.Ərdoğanın 2020- ci ildə ikinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq,son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda,44 günlük Vətən müharibəsində bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir".O,çıxışında 2021- ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyənnaməsinin imzaladığını,əlaqələrimizin rəsmən müttəfiqlik səviyyəsinə qalxdığını deyib.Türkiyənin son 20 ildə Cümhurbaşqanı R.T.Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini,dünyada söz sahibi olduğunu,güc mərkəzinə çevrildiyini, Türkiyə ilə hesablaşdıldığını və ona hörmət edildiyini bildirib. Dövlətimizin başçısı çıxışında 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı R.T.Ərdoğanın Türk dünyasının Ali Ordeni ilə təltif edilməsinin ,onun Türk dünyasının gücləndirilməsindəki böyük xidmətlərinin bir daha əyani sübutu olduğunu vurğulayıb. 2022- ci ildə Soçi və Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq,hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarılmadığını,Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər saxladığını toplantı iştirakçıların diqqətinə prezident çatdırıb.O, çıxışında həmçinin, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını, beləliklə, Ermənistanın 2020 ci ilin 10 noyabr tarixli bəyanatın şərtlərinə əməl etmədiyini, onun şərtlərini kobudcasına pozduğunu və buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını qeyd edib. Dövlətimizin başçısı çıxışında işğaldan azad olunmuş Qarabağ və şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanıldığını bildirib. Prezident çıxışında yenidənqurma prosesində Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrdə iştirak etdiklərini, Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyərinin 3 milyard ABŞ dollarından çox olduğunu deyib. Qərbi Azərbaycan icmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən,indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və hüquqi baxımından məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.Biz Azərbaycan dövləti olaraq,Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılıqlı prinsip əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir". Ziyafəddin Cavadov, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |