Главная > Maraqlı > Azərbaycan Almaniya üçün əhəmiyyətli tərəfdaşdır
Azərbaycan Almaniya üçün əhəmiyyətli tərəfdaşdır20-03-2023, 19:40. Разместил: admin44 |
Prezident İlham Əliyevin martın 13-də Almaniyaya işgüzar səfəri baş tutub. Səfər uğurlu olub, dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə olduqca səmərəli görüşlər keçirib. Səfər vacib əhəmiyyət daşıması və mühüm görüşlər, müzakirələr və Prezidentlərin mətbuata bəyanatı ilə yadda qaldı.Keçirilən görüşlər və görüşlər zamanı səsləndirilən fikirlər göstərdi ki, Almaniya Azərbaycanla əməkdaşlığın inkişafına və münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirdi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. Görüşdə də qeyd olunduğu kimi iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündən belə nəticəyə gəlmək olar ki, bu istiqamətdə daha fəal işlərin görüləcəyini və daha yaxşı nəticələrin əldə olunacağını proqnozlaşdırmaq olar Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, o cümlədən Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verməsini qeyd etməsi mühüm əhəmiyyət kəsb edirdi. Məlumdur ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər ölkəmizin maraqları ilə tam üst-üstə düşür və Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun nəticələrlə yekunlaşıb. Bu baxımdan Almaniyanın da bu missiyaya dəstək verməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bir daha göstərir”. Ümumilikdə səfər Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi və əməkdaşlığın gələcək inkişafı üçün yeni perspektivlər açdığı eyni zamanda Azərbaycan Avropanın bütün inikşaf etmiş ölkələri üçün sadiq tərəfdaş və dost ölkə olaraq özünü təsdiqlədiyi ilə yadda qaldı. Afət Bəşirova, Masallı rayon Yolağac kənd orta məktəbinin İngilis dili müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |