Главная > Maraqlı > Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır24-03-2023, 19:52. Разместил: admin44 |
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Azərbaycan Respublikasının Prezidenti konfransda bəyanatla çıxış edib. Prezident İlham Əliyev Olaf Şoltsa dəvət üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, Almaniya –Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bunu apardığımız danışıqlardan da görmək olar. Bu gün bir çox məsələlər müzakirə olundu.Çox önəmli addımlar atıldı. Prezident Əliyev keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış memorandumu xatırlatdı və qeyd etdi ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Cənab Prezident onu da bildirdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırıb.2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm 12 milyard kubmetrə çatacaq. Çıxış zamanı ölkə rəhbəri qeyd etmişdir ki, almaniyalı iş adamları ilə görüşərkən Azərbaycana, Azərbaycan iqtisadiyyatına böyük diqqətin şahidi oldum. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var.Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir. Cənab Prezident bildirmişdir ki, bütövlükdə biznes imkanları çox genişdir və buna görə də almaniyalı iş adamlarını Azərbaycana dəvət edib.Cənab Prezident həm də regiondakı təhlükəsizlik məsələlərindən də danışıb. Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı mövqeyini bildirdiyini qeyd edib.Həmçinin onu da vurğulayıb ki, Almaniyanın mətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalıb,bir milyon azərbaycanlı öz torpaqlarından qovularaq qaçqın düşüb. Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bu, döyüş meydanında baş verdi. Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu. 44 günlük müharibədə biz sübüt etdik ki, Qarabağ Azərbaycandır!. Cənab Prezident həmçinin onu da qeyd edib ki, artıq sülhün zamanı çatıb. Azərbaycan tərəfi Ermənistana 5 prinsip əsasında sülh müqaviləsi təklif edib. Ümid edirik ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq. Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb. Avropa və Almaniyaya qaz ixracı haqqında məlumat verilməsini istəyən mətbuat nümayəndələrinə İlham Əliyev cavab olaraq bildirib ki, Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır.Cənab Prezident onu qeyd edib ki,bizim qaz ixracatımıztəkcə Avropa məkanı ilə məhdudlaşmır,eyni zamanda bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik.Hazırda Azərbaycan qazı Türkiyə ,Gürcüstan,Bolqarıstan,Yunanıstan və İtaliyaya çatdırılır.Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır.Təbii ki,uzunmüdətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki,Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Sonda cənab Prezident konfrans iştirakçılarına və mətbuat nümayəndələrinə təşəkkürünü bildirib. Şəhla Fətullayeva, Qızılağac 1 saylı məktəb “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |