Главная > Maraqlı > Elimizdə baharın ətri duyulur
Elimizdə baharın ətri duyulur19-03-2023, 20:09. Разместил: admin44 |
Novruz şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır.Yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür.Novruz bayramı əsrlərin dərinliklərindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir.Hər il mart ayının 21-i və ya 22-nə, nadir hallarda isə 23-nə düşür.Novruz bayramı bir çox türk və müsəlman ölkələrdə də qeyd edilir. Təəssüf ki,əsrlər ötdükcə, həyat tərzi dəyişdikcə bahar bayramının gəlişi ilə bağlı olan bir çox adət-ənənələr,mərasimlər yadan çıxmışdır.İllər keçir və nəhayət, 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov un arzusu həyata keçir.Ən nəhayət Azərbaycan milli müstəqillik dövrünə qədəm qoyur.Novruz yenidən dövlətin qərarı ilə rəsimləşdirilir.Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli - mənəvi dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu . Bu, ümumi mədəni siyasətin tərkib hissəsi və davamı olaraq Novruz bayramı sözün həqiqi mənasında yenidən xalqımıza qaytarıldı Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gəlir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə, ürək sevinci, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar, şəkərbura, paxlava, şorqoğalı və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Novruz bayramında küsülülər barışır, qohumlar, dostlar bir-birini evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: “Bayramınız mübarək!” Novruza bir ay qalmış xalqımız dörd çərşənbə axşamını qeyd edir. Bu çərşənbələrin hər biri insanların yaşaması,bütün həyatı varlığı üçün vacib olan dörd ünsürdən birinə-od,torpaq,su və havaya (yelə) həsr olunur. Buda Novruzun dünyanın ən qədim, ən müdrik bayramlardan biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyənə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətdə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəyin tumurcuğundan gəlir xalqımızın Novruzu, yurdumuzun baharı, milli ideyalarımızın bərpa olunmasını təmin edir. Xalqımız qərinələr boyu yaşatdığı, hər il bahar gəlib təbiət oyananda sevinclə pişvazına çıxdığı əziz bayramını bu sözlərlə qarşılayır. Novruzun gəlişi yurdumuzda əsl toy-düyünə çevrilir, el şənlikləri biri-birinin ardınca sıraya düzülür, hər evdə meyvəli, göy səmənili xonçalar bəzənilir, obadan-obaya, evdən-evə, qohumdan-qohuma, qonşudan-qonşuya sovqat göndərilir. Novruz bayramının hələ zərdüştlükdən əvvəlki dövlərdə qeyd edildiyi məlumdur. Qədim türkdilli xalqlar onu islama qədərki dövrdə də təntənə ilə qeyd etmişlər. O bizə ulu keçmişimizdən-zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə zərdüşt dininə stayiş etmiş, odu müqəddəs saymışdır. Novruz bayramının bir çox adət-ənənələrində də atəşpərəsliyin izləri aydın görünür. Novruz ərəfəsində ilaxır çərşənbəsində qalanan bayram tonqalları buna misaldır. “Ağırlığım-uğurluğum odda yansın” - deyib tonqalların üstündən atlanan insanlar bununla bəd nəzərləri, təmiz həyata başladıqlarına inanclarını ifadə etmişlər və bu indi də Novruz şənliklərinin əsas atributlarındandır. “Novruz” sözünün mənası “bolluq” deməkdir. Buna görə də, bu bayram xalqımızın yaddaşında bərəkət, bolluq rəmzi kimi qalmışdır. Rafis Babayev, Hüseynhacılı kənd tam orta məktəbinin tarix müəllimi Вернуться назад |