Главная > Maraqlı > “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Samit Məmmədovu ziyarət

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Samit Məmmədovu ziyarət


27-03-2023, 22:08. Разместил: admin44

27 mart 2023-cü il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi Məmmədov Samit Subhan oğlunu ziyarət ediblər.

Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Samit Subhan oğlu 20 may 2001-ci il tarixində Masallı rayon Təzə Alvadı kəndində anadan olmuş, 2008-2019-ci illərdə Təzə Alvadı kəndində təhsil almış, 2019-2021-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Qubadlı rayonun azadlığı uğrunda gedən döyüşdə qapalı kəllə beyin travması almış və 3-cü qrup əlildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Samit Subhan oğlu “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад