Главная > Maraqlı > Masallıda “Tarixin sınağı” mövzusunda tarix dərsi
Masallıda “Tarixin sınağı” mövzusunda tarix dərsi28-03-2023, 20:21. Разместил: admin44 |
Martın 28-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Tarixin sınağı” mövzusunda tarix dərsi keçirildi. Muzeydə keçirilən tarix dərsində Şəhid İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı etdi. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru Əntiqə Tağıyeva 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktından geniş danışdı. Tarix müəllimi Sevil Adıyeva tarixin bütün dönəmlərində ermənilərin azərbaycanlılara qarşı böyük faciələrlə nəticələnən soyqırımlar törətdiklərini qeyd etdi. Muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı geniş məruzə edərək 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlayaraq, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanları diri-diri yandırılıb, nadir tarixi abidələri, məktəbləri, xəstəxanaları, məscidləri dağıdılıb, xarabalığa çevrilməsi haqqında geniş məruzə etdi. Mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənildi. Eyni zamanda şagirdlər “31 mart Soyqırımı” adlı fotosənədlərdən ibarət sərgi ilə tanış oldular. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |