Главная > Maraqlı > Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır
Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır29-03-2023, 20:03. Разместил: admin44 |
Masallı rayon Mərkəzi Kitabxanasında “Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır. Təhsilin inkişafı ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Sonra kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni məruzəsində vurğulayıb ki, qloballaşan dünyanın çağırışlarına uyğun olaraq ölkəmizdə təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir. Qeyd olunub ki, bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli sərəncamı böyük əhəmiyyət daşıyır.Təhsilin inkişafına stimul verən bu konseptual sənəddə müasir və beynəlxalq standarlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdrilib, təhsil işçilıri qarşısında mühüm vəzifə kimi qoyulub. Diqqətə çatdırılıb ki, təhsilin kəmiyyət deyil, keyfiyyət üzərində qurulması Azərbaycanın gələcəyinin uğurlu olmasına zəmanət verəcək. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |