Главная > Maraqlı > Korrupsiyaya qarşı mübarizə gücləndirilir

Korrupsiyaya qarşı mübarizə gücləndirilir


29-03-2023, 20:06. Разместил: admin44

29 mart 2023-cü il tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Masallı bələdiyyəsinin inzibati binasında rayonun Masallı, Banbaşı, Çaxırlı, Güllütəpə, Həsənli, Göyəçöl, Xıl, Xırmandalı, Köhnə Alvadı, Qarğalıq, Qızılağac, Musakücə, Birinci Səmədxanlı, Şərəfə, Şıxlar, Təklə, Təzə Alvadı, Təzəkənd, Viləş, Yeddioymaq və Yeyənkənd bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Masallı bələdiyyəsinin sədri Azər Baxışov çıxış edərək korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayaraq bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib.
Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları, bələdiyyələrin və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

Eyni zamanda, bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyi vurğulanıb.

Yerli bələdiyyələrin əhatə etdikləri ərazilərdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair görülmüş tədbir barədə çıxışlar olmuşdur.

Tədbir iştirakçıları ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyi qeyd edilmişdir.

Tədbir zamanı antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanaraq, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması qərara alınmışdır.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад