Главная > Maraqlı > Masallı gəncləri üçün “Qonağımız var” layihəsi davam edir

Masallı gəncləri üçün “Qonağımız var” layihəsi davam edir


29-03-2023, 20:45. Разместил: admin44


Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən və uğur qazanmış şəxslərlə gənclərin görüşü təşkil olunur.

Növbəti görüş sahibkar Səkinə Tağızadə ilə olub. Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüşü giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva gəncləri və qonağı salamlayıb, görüşün keçirilməsindəki məqsəddən danışıb. Daha sonra GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva qonağın peşə fəaliyyətindən, gənclərin peşəyə yönəldilməsində göstərdiyi dəstəkdən söz açıb.

Səkinə Tağızadə isə gənclərə qurduğu biznesdən, bu yolda qarşılaşdığı maneələrdən, maneələri dəf etməsindən, qazandığı uğurlardan geniş söhbət açıb. O, bildirib ki, gənclər karyeralarını qurarkən çox çalışaraq, səbr və əzmkarlıq göstərərək qarşılaşdıqları istənilən çətinliklərin öhdəsindən gələ bilərlər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад