Главная > Maraqlı > Masallı şəhərində qanunsuz tikililər sökülür

Masallı şəhərində qanunsuz tikililər sökülür


30-03-2023, 12:15. Разместил: admin44


Masallı rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı rayon Mənsil İstismar Sahəsi tərəfindən qanunsuz tikililərin sökülməsi işləri davam etdirilir.

Belə ki, Masallı şəhər Cəfər Cabbarlı 31, 33 və Qarabağ 8, 28 çoxmənzilli yaşayış binalarının həyətində qanunsuz və heç bir sənədi olmadan tikilən 8 qaraj sökülmüş, eləcədə binaların önündə zəbt olunaraq hasara alınmış ərazilər zəbtdən azad olunub təmizlənərək ümumi istifadəyə verilmişdir.

Rayon ərazisində qanunsuz tikililərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад