Главная > Maraqlı / Manşet > Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


30-03-2023, 22:21. Разместил: admin44

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
29 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri  Tovuz, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:


 
Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
Bakı şəhəri üzrə
1.Mustafayev Mürsəl Zeybulla oğluYasamal rayonu, X.Mustafayev küçəsi 80İnzibati protokol tərtib edilib
2.Bağırov Mahir Əziz oğluYasamal rayonu, M.Seyidov küçəsi 19İnzibati protokol tərtib edilib
3.Hümmətov Nizami
Qürbət oğlu
Yasamal rayonu, M.Seyidov küçəsiİnzibati protokol tərtib edilib
4.Cavadov Mübariz
Əliş oğlu
Yasamal rayonu, Ə.Cəmil küçəsi 65İnzibati protokol tərtib edilib
5.Zeynalov Zaur
Ziyəddin oğlu
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 38İnzibati protokol tərtib edilib
6.Abbasov Telman
Murulla oğlu
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 77aİnzibati protokol tərtib edilib
7.Heydərov Ramil
İmran oğlu
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsiİnzibati protokol tərtib edilib
8.Ələkbərov Teymur
Fərrux oğlu
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 14İnzibati protokol tərtib edilib
9.Namazov Tuncay
Abuzər oğlu
Suraxanı rayonu,
Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 12
İnzibati protokol tərtib edilib
10.Mirzəyev Ramin
Eldar oğlu
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Qocayev küçəsi 24İnzibati protokol tərtib edilib
Tovuz rayonu üzrə
11.Bağırov Bəhruz
Telman oğlu
Alakol kəndiİnzibati protokol tərtib edilib
Masallı rayonu üzrə
12.Nəzərov Amil
Mehman oğlu
Ərkivan qəsəbəsiİnzibati protokol tərtib edilib
13.Mirzəyev Bəhruz
Burcəli oğlu
Qızılavar kəndiİnzibati protokol tərtib edilib
 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад