Главная > Maraqlı > Masallıda “Heydər Əliyev və Azərbaycan” başlığı altında tədbir

Masallıda “Heydər Əliyev və Azərbaycan” başlığı altında tədbir


1-04-2023, 19:23. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Muzeyin və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan” başlığı altında tədbir keçirildi. Tədbirdə ”Dəfinə” məktəb liseyi müəllim və şagirdləri iştirak etdilər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin əməkdaşı Çingiz Qurbanov Heydər Əliyevin həyatı, hakimiyyətdə olduğu hər iki dövrdə müasir Azərbaycanın dövlətçiliyinin formalaşmasında, milli dövlətçilik və milli maraqların qorunmasında göstərdiyi çox şaxəli müstəsna xidmətlərdən və geniş məlumat verdi.

Sonra liseyim müəllimləri Zeynəb Heydərova, Aygül Nuriyeva çıxış edərək Heydər Əliyevin Azərbaycanın elm və təhsilin  təməlini qoyduğu məsələlərə diqqət ayıraraq böyük inkişafa yol açdığını xüsusi qeyd etdilər.

Daha sonra şagirdlər mövzu ilə əlaqəli səsləndirilən sualları cavablandırdılar .

Tədbirin sonunda şagirdlər muzeyə və qalereyaya ekskursiya etmiş oldular.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад