Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


3-04-2023, 18:24. Разместил: admin44

Cənab Prezident.

Masallı rayonunun Böyük Kolatan kəndində yerləşən və “Təzə məhəllə” adlanan yaşayış massivində 150 abonentin elektrik enerjisi ilə təchizatında mütəmadi olaraq problemlər yaşanırdı. Buna səbəb yeni salınmış məhəllənin transformatorunun olmaması idi. Sakinlər yaxınlıqda yerləşən Böyük Kolatan kənd tam orta məktəbinin transformatorundan istifadə edirdilər. Abonentlərin sayının çox olması ilə əlaqədar yüklənmə səbəbindən mütəmadi olaraq qəzalar baş verirdi.

Vətəndaşların sözügedən əraziyə əlavə transformatorun quraşdırılması xahişi müsbət qarşılandı və aidiyyəti qurumlara tapşırıqlar öz nəticəsini verdi. Martın 19-da Novruz bayramı günlərində problem həllini tapdı, abonentlərin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırıldı.

Cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu hər zaman sübut edirsiniz. Uğurlu siyasətiniz və atdığınız məqsədyönlü addımlar üçün Masallı sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Cəbiyev Rauf,
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Kolatan kəndi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад