Главная > Maraqlı > “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir

“Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir


3-04-2023, 18:29. Разместил: admin44

03 aprel 2023-cü il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirilib. Tədbirə başlamazdan öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb.

Sonra kitabxananın əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib. O, çıxışında vurğulayıb ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə ilə doğma Qarabağımızın işğaldan azad edilməsi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan ordusu və xalqının sarsılmaz vəhdəti, azadlıq yolunda mübarizədə qətiyyət sərgiləməsi dünyaya nümayiş etdirdi ki, bir daha hansısa qüvvə dövlətimizlə təhdid dilində danışa bilməz.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад