Главная > Maraqlı > Masallıda Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir

Masallıda Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir


3-04-2023, 18:31. Разместил: admin44

Aprelin 3-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun Güllütəpə kənd tam orta məktəbində Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə şəhidin anası Sehranə İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşları və  məktəbin şagird-müəllim kollektivi iştirak ediblər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri açıq elan edərək vurğulayıb ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. D. İbayeva Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd edib.

Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə və məktəbin direktor müavini Rövşən Muxtarov Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu bildiriblər. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Çıxış edənlər onu da qeyd ediblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Firdovsi Bağırzadənin anası oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşlərindən danışıb.

Daha sonra tədbir iştirakçıları Aprel döyüşlərinin Masallılı şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadəyə həsr olunan sənədli filmə baxıblar.

Filmdə hər iki Şəhidimizin yaxınları qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və ordumuzun cəbhədəki uğurlarından danışıblar.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад