Главная > Maraqlı > Masallıda “4-dən 44-də” başlığı altında tədbir

Masallıda “4-dən 44-də” başlığı altında tədbir


3-04-2023, 18:33. Разместил: admin44

Aprelin 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Mərkəzi Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 7-ci ildönümünə həsr olunmuş “4-dən 44-də” başlığı altında tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları şurası, şəhid ailələri, aprel döyüşləri iştirakçıları, mədəniyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalan ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alması, ordumuzun sayəsində məhz aprel döyüşlərini  tarixləşdirdiyini söylədi. Tağıyeva çıxışı zamanı rayonumuzun aprel döyüşlərində  iştirak etmiş, şəhid olmuş oğullarımız haqqında  məlumat verdi.

MKS-nun informasiya üzrə mütəxəssisi Arzu Hüseynova mövzu ilə bağlı geniş məruzə etdi.

Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları şurasının sədri Məmmədağa Şiriyev, MKS-nin direktor əvəzi  Zamin Məmmədov  çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyaraq, işğalçı ölkəni beynəlxalq iqtisadi layihələrdən kənarda saxlamasından, həmçinin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağının göstəricisi olduğunu qeyd etdilər.

Daha sonra şəhid Aqil Məlikovun  qardaşı Ədalət  Məlikov,  aprel döyüşü iştirakçıları  Niyaməddin Nəhmətov, Əmrah Hüseynov həmin günlərdə çəkdikləri əziyyətlərdən, düşmənlə üz -üzə dayanarkən keçirdikləri hislərdən danışdılar.

Yekunda tədbir iştirakçıları muzeydə aprel döyüşlərində iştirak edən şəhidlərə aid sərgiyə baxış keçirərək, xatirə şəkilləri çəkdilər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад