Главная > Maraqlı > Yeni şeirlər

Yeni şeirlər


4-04-2023, 10:09. Разместил: admin44

Türkiyədə zəlzələ
 
Silkələdi dünyanı,
Türkiyədə zəlzələ.
On vilayət tamamən
Keçirirdi vəlvələ.
Dağıtdı binaları,
Küçələri, yolları.
Əzərək insanları,
Sındırırdı qolları.
Çökdürdü körpüləri,
Göydələni, sarayı.
Bürümüşdü cahanı
Türkiyənin harayı.
Azərbaycan köməyə
Yolladı dəstəsini.
Dağıntılar altından
Çıxarsın xəstəsini.
Ölkələr edir yardım
Xilasetmə işinə.
Necə deyim, nə yazım,
Dövranın gərdişinə.
Ölənlərin sayları
Durmadan artır belə.
Yaralı olanları
Həyat gətirir dilə.
Ana yaralı halda,
Axtarır balasını.
Uşaq gəzir, arayır,
Atanı, anasını.
Fəlakətin göz yaşı
İllər keçər axacaq.
                                                       Ağlayan gözlər cansız
Şəkillərə baxacaq.
Türkiyəyə Vətəndən
Kömək edir hər bir kəs.
Deyir, can Azərbaycan,
“Tez ol yardıma  tələs”.
Allah, özün ol kömək,
Tez sağalsın bu yarə.
Çətini asan eylə,
Zəlzələyə qıl çarə.
 8 fevral 2023-cü il.
 



Azərbaycan yoludur
 
Bərpa etdik sərhədi,
44 gündə o həddi,
Dünya bilir bu səddi,
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.
 
Azad olmuş yerləri,
Kəndləri,  şəhərləri,
Canlanır səhərləri,
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.
 
Keçirir aksiyanı,
Elimizin cavanı,
Dayandırsın ziyanı,
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.
 
Qarabağ torpağına,
Mədəninə,  bağına,
Qoymur baxaq dağına,
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.

Sülhməramlı deyəsən.
Azıb yolun neyləsin.
Bilmir qanun söyləsin?.
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.

Soyusada havalar,
Yerindədi cavanlar.
Nə vaxt “tələb” həll olar?.
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.

Yolları açacağıq,
Düşməni qovacağıq,
Yurdla qovuşacağıq,
Xankəndi-Laçın yolu,
Azərbaycan yoludur.
 5 yanvar 2023-cü il.

Mina
 Toxunma-fəlakətdir!Can alır birdən-birə,
Parçalayır insanı.
Qaldırır çırpır yerə,
Səpələyir qanını.
Erməni işğalçılar,
Döşəyib Qarabağda.
Minaları səpiblər,
Hər bir yanda torpaqda.
Kimi qol-qıç itirir,
Kimi dönür yumağa.
Kimi əsalı gəzir,
Yellənir sola-sağa.
Minanın qəlpəsindən,
Dağılır göz qarası.
Çıxanda həlqəsindən,
Çoxalır can yarası.
Minalar gizlədilib,
Elimizdən can alsın.
Cavan, qoca, körpəni,
Sağalmaz dərdə salsın.
Yüz minlərlə tələni,
Ləğv edir. Vətən oğlu.
Yeni şəhər, kənd salır,
Zəfərlə gedir yolu.
Bədxahların, deyəsən,
Görə bilmir gözləri.
Vaxt gələr bu bəlaya,
Düşəcəkdir özləri !
Minanı təmizləyək,
Xətaları olmasın.
Hər addımı gözləyək,
Həyatımız solmasın.
18 noyabr 2022-ci il.


Dovşan ili

Dovşan ziyankar deyil,
İli xeyir gətirər.
Azərbaycan elinə,
Xoş günləri yetirər.
 
Zəfər çalmış ölkəmdə,
Yaradırıq, qururuq.
İrəliyə gedirik,
Haqq yolunda dururuq.
 
Ölkəmizə şər- böhtan,
Deyəni sal toruna.
Erməniyə aldanan,
Düşür rüşvət zoruna.
 
Haqsızlığa qıl çarə,
Yalan-yaltaq qurtarsın.
Şeytanlara vur yarə,
İgidlər dağı yarsın.
 
Müharibə, xəstəlik,
Dünyada heç olmasın.
Məmməd Ağa, üstəlik,
Gül-çiçəklər solmasın.



 23 dekabr 2022-ci il.


MƏMMƏD AĞA.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад