Главная > Maraqlı > “Ailə dəyərləri” – Masallıda maarifləndirmə tədbiri
“Ailə dəyərləri” – Masallıda maarifləndirmə tədbiri4-04-2023, 09:05. Разместил: admin44 |
Cənub rayonlarında ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə start verilib. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsinə start verilib. Layihənin ilk tədbiri Masallı rayonunda keçirilib. Tədbiri giriş sözü ilə Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev açaraq layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, layihə cənub regionunun beş rayonunu əhatə edir. Belə ki, ilk tədbir Masallı rayonunda olduqdan sonra Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında da eyni formatda təşkil ediləcək. Daha sonra layihənin eksperti Afiq Məlikov Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq və formaları, ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikah və boşanmalar: mövcud vəziyyət və statistika və s. bu kimi mövzularda çıxış edib. Təlimlər zamanı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |