Главная > Maraqlı > Aprel döyüşləri – böyük zəfərin başlanğıcı

Aprel döyüşləri – böyük zəfərin başlanğıcı


5-04-2023, 09:07. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirə başlamazdan öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni dördgünlük Aprel döyüşlərindən, güclü ordumuzun bu şərəfli döyüşlərdə göstərdikləri şücaətdən danışıb. Bildirilib ki, Azərbaycan xalqının əldə etdiyi qələbənin əsası məhz Aprel döyüşləri ilə qoyulub. Bununla bütün dünyaya Azərbaycan Ordusunun gücü, qələbə əzmi sübut olunub.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbələr vurulub. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.


“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад