Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


5-04-2023, 15:35. Разместил: admin44

Cənab Ali Baş Komandan, möhtərəm Prezident.

Siz qətiyyətli rəhbər, əsl diplomat, dəqiq siyasətçi, vətənpərvər Prezident, Müzəffər Ali Baş Komandan, sarsılmaz və mərd sərkərdəsiniz.

Novruz bayramı ərəfəsində – martın 18-də Tərtər rayonuna səfəriniz, orada bir sıra mühüm tədbirlərdə iştirakınız və görülən işlərlə yerində tanış olmağınız, Talış kəndində Novruz tonqalını alovlandıraraq, xalqımızı bayram münasibətilə təbrik etməyiniz bizi növbəti dəfə qürurlandırdı, könlümüzə sevinc bəxş etdi. Bunlarla yanaşı, bədnam qonşumuz Ermənistanın rəhbərliyinə tutarlı, çox sərrast və xalqımızın ürəyindən gələn mesajlar verdiniz. Sanki bütün mənəviyyatımızı, ordumuzun gücünü, Azərbaycan xalqının birliyini bir daha təcəssüm etdirdiniz. Bütövlükdə xalqımıza yeni güc verdiniz.

Xalqımızın, millətimizin istəyini, iradəsini dürüst ifadə etdiyinizə görə bütün polis veteranları və bütövlükdə xalqımız adından Sizə minnətdarlığımı bildirirəm.

Hər an əmrinizə müntəzirik.

Uca Tanrı yar və yardımçınız olsun.

Hörmətlə,

Şahmarov Tofiq Şirin oğlu,
"İgidliyə görə" medallı Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovnik-leytenantı.
Azərbaycan Respublikası, Masallı şəhəri.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад