Главная > Maraqlı > Azərbaycan böyük inkişaf yolu keçib

Azərbaycan böyük inkişaf yolu keçib


9-04-2023, 12:11. Разместил: admin44

 “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Möhtərəm Prezidentimiz  bu andı 20 il öncə içib. Həyatıboyu onun Azərbaycanın adı və yüksəlişi uğurunda  göstərdiyi  fəaliyyəti göz önündədir. Möhtərəm Prezident cənab  İlham Əliyevin fəaliyyəti bu anda sadiqliyinin bariz nümunəsidir.Həm də əsas amillərdən biri olaraq Prezident İlham Əliyev öncə müstəqil Azərbaycanın yaradıcısı,dahi şəxsiyyət  Ulu öndər Heydər Əliyevin layiqli davamçısı və varisidir. 

Heydər Əliyevin qurduğu konsepsiyanın uğurlu davamını 2003-cü ildən sonra Prezident İlham Əliyev həyata keçirməyə başlayıb.Prezident İlham Əliyev Azərbaycan adlı yükün altına girmək məsuliyyətinin davamçısı olduğunu anlayaraq ölkəmizin uğurları üçün yorulmadan fəaliyyət aparır. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Möhtərəm Prezidentimiz diplomatiyamız tərəfindən erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Dövlət başçısı Dağlıq Qarabağ tənzimlənməsində yeni mərhələ yaradıb. İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin əsas strateji prioritetləri olmuşdur.

2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.  Bu illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür desək yanılmarıq.Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. Yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf edib. Kənd təsərrüfatının inkişafına xidmət edən böyük meliorasiya layihələri icra olunmuşdur.İdmançılarımız bu illər ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. 

Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük inkişaf yolu keçib. Azərbaycanın bu uğurları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın nüfuzu bu gün  dünyada durmadan artır. Bu nailiyyətlər həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunub.

Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki çıxışında söyləmişdir:“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

2018-ci ildə şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Möhtərəm Prezident İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq 86,02% səslə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2018-ci ildə Azərbaycan xalqı Prezident  İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. 

2018-ci il növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.

Ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. İqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə iqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur.Aparılan uğurlu məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir.Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir. 

Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri  1,8 dəfə artmışdır.İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırılmasına yönəldilmişdir. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılmışdır.

 Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir.Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir.  Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır.  

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və gərgin əməyi ilə Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə uğur qazandığını söyləməyə əsas verir. Bu uğurların arxasında güclü iradə, xalq-iqtidar birliyi, düşünülmüş uzaqgörən siyasət durur.

       
 Allah Möhtərəm Prezidentimizi və xalqımızı qorusun!

 
Əntiqə Tağıyeva
YAP Masallı Tarix-Diyarşünaslıq Muzeyi   
ərazi partiya təşkilatının sədri       



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
            

 


шаблоны для dle 11.2
Вернуться назад