Главная > Maraqlı > “Heydər Əliyev irsi-Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir
“Heydər Əliyev irsi-Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir9-04-2023, 13:50. Разместил: admin44 |
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsi-Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin şagird və müəllimləri iştirakı etdi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqda danışaraq, ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük vaxt tələb olunaraq, zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrildiyini qeyd etdi. Sonra şagirdlərlə mövzu ətrafında diskussiya aparıldı. Yekunda şagirdlər muzeyə və qalereyaya ekskursiya etdilər. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |