Главная > Maraqlı > Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alınıb

Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alınıb


10-04-2023, 14:51. Разместил: admin44

Aprelin 9-da gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların "Mersedes" markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.

Qeyd olunub ki, bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад