Главная > Maraqlı > Tarixi faktor: Ulu Öndər Heydər Əliev siyasəti - zəfər və qələbələr yolu!

Tarixi faktor: Ulu Öndər Heydər Əliev siyasəti - zəfər və qələbələr yolu!


11-04-2023, 08:04. Разместил: admin44

Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Fakt budur ki, müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə bir örnəyə çevrilib.


Tale birinci dəfə Azərbaycan xalqının üzünə 40 il əvvəl güldü. 1969-cu il iyulun 14-də Heydər Əliyev respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlandı. Ulu öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava yarandı. Respublikanı ağır vəziyyətdən xilas etməyin və tərəqqinin yolunu milli birlikdə görən qüdrətli şəxsiyyət buna nail olaraq geniş planlarını tədricən həyata keçirməyə başladı. İlk növbədə xalqı düşündürən, narahat edən problemləri böyük əzmlə, inadla aradan qaldırdı, respublikanın tərəqqisi naminə əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi. Ulu Öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.

Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirməyə başlayan böyük tarixi şəxsiyyət tezliklə Azərbaycan Respublikasını keçmiş İttifaqın qabaqcıl respublikaları cərgəsinə çıxardı. Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan əksər respublikaları geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki potensialının hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi. Ulu öndərin xalqına, Vətəninə bağlılığı sovet dövründə də özünü büruzə verdi. Belə çətin bir vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub saxladı.

Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyətindən sonra Konstitusiya layihəsinin 73-cü maddəsi aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Onun bu təklifi qəbul edildi və onun sayəsində Azərbaycanda dövlət dili Azərbaycan dili oldu. Bu, Heydər Əliyevin öz xalqına, millətinə, Vətəninə nə qədər böyük məhəbbətlə bağlandığını, Azərbaycanın adının yüksəkliklərə qaldırılması yolunda həyatını riskə qoymasını təsdiqləyən faktdır. Kommunist ideologiyasının hegemonluq etdiyi bir dövrdə Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 14 illik fəaliyyəti dövründə respublikamızın həyatında elə bir sahə olmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın sosial rifah halı, həyat səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə və digər sahələr inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikalar sırasında ən yüksək yerlərdən birinə gətirib çıxardı. Qüdrətli şəxsiyyət bu fəaliyyəti ilə təkcə həmin dövrün Azərbaycanı və vətəndaşları üçün deyil, həm də gələcək müstəqil Azərbaycanın davamlı təməlini, gələcək nəsillərin xoşbəxt və firavan həyatının özülünü qoydu.

1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran getdikcə ölkədə vəziyyəti daha da ağırlaşdırırdı. Artıq dağılmaq ərəfəsində olan SSRİ-nin xain başçısı Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkilik salması, Azərbaycan ərazilərinin Ermənistana bağışlanması xalqın gərilmiş əsəblərini daha da korladı. İstiqlaliyyət, azadlıq uğrunda öz haqq səsini qaldıranlar Qorbaçovun göstərişi ilə qanına qəltan edildi və mərd oğul və qızlarımızın qanı ilə tarixə 1990-cı il 20 Yanvar faciəsi yazıldı. Həmin dövrdə Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev orada Azərbaycan nümayəndəliyinə gələrək dünyanın tanınmış kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirdi və sovet imperiyasının dinc əhaliyə qarşı törətdiyi vandal aktı haqqında beynəlxalq aləmə geniş məlumat verdi. Bu, Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında daha bir tarixi fəaliyyəti oldu.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад