Главная > Maraqlı > Masallıda “Gender bərabərliyi” mövzusunda tədbir

Masallıda “Gender bərabərliyi” mövzusunda tədbir


11-04-2023, 18:03. Разместил: admin44


Masallı şəhər Gənclər evində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq  “Gender bərabərliyi” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bildirmişdir ki, insan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində,
eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun
verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti; irsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Daha sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tanıtım video roliklə çıxış edərək gender əsaslı zorakılıq, gender əsaslı zorakılığın mahiyyəti və formaları, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durmasından və gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulamışdır. Daha sonra Z.İsmayılov nitqində bildirərək, bu gün ölkəmizdə gender bərabərliyi məsələsinin dövlətin diqqət mərkəzində olduğunu və qadınlarımızın getdikcə daha çox cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayaraq, bu problemlərin həlli üçün hərtərəfli yanaşma və bu sahədə maarifləndirici həmçinin məqsədli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Əlavə olaraq mövzu ətrafinda Boradigah Xəstəxanasının baş həkimi Aygün Quliyeva, Qadın Resurs Mərkəzinin psixoloqu Fərrux Əliyev, “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı, Şərəfə kənd məscidinin dini ayinlərinin icraçısı Sərdar Ağababayev  çıxış etmiş, tədbir diskussiya şəraitində davam etmişdir.

Daha sonra isə Köçəkli kənd sakini, Bakı Avrasiya Universitetinin Filologiya fakultəsinin V kurs tələbəsi Şamıyeva Həcər Mirzə qızının müəllifi olduğu “İçimizdəki kaos” kitabı təqdimetmə mərasimi olmuşdur.Həcər Şamıyeva çıxış edərək qələmə aldığı kitabdakı hadisələrin real həyat hadisələrindən qaynaqlandığını, qızların təhsil hüquqları pozularaq erkən nikaha cəlb edilməsindən geniş söhbət açdı.

Tədbirin sonunda iştirakçılara kitablar paylanıldı.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад