Главная > Maraqlı > Peşəkar siyasətçi və Azərbaycan böyük və səmərəli inkişaf yolu
Peşəkar siyasətçi və Azərbaycan böyük və səmərəli inkişaf yolu10-04-2023, 13:57. Разместил: admin44 |
Bu gün bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısıdır.Peşəkar siyasətçi kimi tanınan İlham Əliyev 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir.Bir müddət pedaqoji fəaliyyətlə məşğul olan İlham Əliyev sonradan digər vəzifələrdə çalışmışdır. Dövlət orqanlarında çalışdığı illərdə Azərbaycan Dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. İlham Əliyev neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında, bu sahə ilə bağlı müxtəlif layihələrin, üzərinə düşən diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişdir. Azərbaycanda demokratik,hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir-Yeni Azərbaycan Partiyasının lideridir. Onun başçılığı altında Yeni Azərbaycan Partiyası 2000-ci ilin parlament seçkilərində uğur qazanmışdır. Prezident İlham Əliyev Milli Məclisin deputatı olduğu illərdə geniş və çoxşaxəli fəaliyyətilə diqqət mərkəzində idi. O, həmişə xalqın içində olmuş,ən xırda problemlərlə belə maraqlanaraq sosial müdafiəyə ehtiyacı olana qayğısını əsirgəməmişdir. İlham Əliyev AŞPA-da Azərbaycan Parlamenti Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. İlham Əliyevin səmərəli fəaliyəti və daima xalqın yanında olmağının nəticəsi idi ki, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyev ardıcıl olaraq 2008, 2013-cü illərdə də Azərbaycan Respublikasının Prezidenti seşildi. 2018-ci ildə yenidən Prezidentliyə namizədliyini irəli sürdü .2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu,xalqın ona olan böyük inamının göstəricisi idi. Ulu öndərin davamcısı olan İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan böyük və səmərəli inkişaf yolu keçib. Dövlətçiliyimiz əsası ciddi ciddi şəkildə möhkəmlənib, iqtisadiyyat artıb,həmçinin beynəlxalq müstəvidə mövqeyi xeyli güclənib. Artan beynəlxalq nüfuz 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT,AŞ,ATƏT,NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün müsbət şərait yaratmışdır. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki,radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. 2003-2018-ci illər tariximizə möhkəm iqtisadi yüksəlş dövrü kimi daxil olmuşdur. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb.Neft-qaz sektoru və digər sahələrdə əsaslı inkişaf oldu. Azərbaycan bir çox infrastruktur layihələrdə aparıcı mövqe tutmuşdur.Son 15 il ərzində Azərbaycan dünyada həm də mühüm büynəlxalq tədbirlərin,yarışların keçirildiyi ölkə kimi tanınıb. Bu gün xalq ğz liderinə inanır.Məhz bu inam 2020-ci ili xalqımız üçün qələbə ili kimi tarixə yazdı.Xalqın öz liderinə inamı,onun ətrafında sıx birliyi qələbəmizin sədasını bütün dünyaya yaydı.Xalqımız inanır ki,Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınsa daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq. Ş.Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |