Главная > Maraqlı > Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri ilə əlaqədar
Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri ilə əlaqədar10-04-2023, 15:02. Разместил: admin44 |
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə hə inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda dövlətimizin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formaları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən aslı olmayaraq ölkəmiz ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosiyal-iqtisadi inkişafını davam etdirib. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Ölkə başçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar laiyhələrin mərkəzinə çevrilib. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə müşahidə olunub və daim milli maraqlara söykənib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkə başçımız cənab Prezident İlham Əliyevi Tacikistana dövlət səfərinə dəvətə və göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. Azərbaycan və Tacikistan tarixin müxtəlif dövrlərində o cümlədən Çar inperiyası və sovet ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. SSRİ dağıldıqdan sonra iki dövlət arasında münasibətlər daha da inkişaf etməyə başladı. Qardaş ölkə olan Tacikistanda söydaşlarımızda yaşayır. Onlar Tacikistanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində iki ölkə arasında ictimai-siyasi, sosial və mədəni münasibətlər daha da sürətlənir. Cənab Prezident İlham Əliyevin Tacikistana üçüncü dəfə işgüzar və rəsmi səfərləri sayəsində iki dost ölkə arasında həm mədəni, həm tarixi dostluq, həm də siyasi və iqtisadi sahələrdə strateji tərəfdaşlıq əlaqələri genişlənib. Xalqımız Azərbaycan-Tacikistan münasibətlərinin daim yüksək səviyyədə olduğunu, dövlətlərarası əlaqələrimizin zəngin tarixə malik olduğunu, iki ölkə arasında diplomatiq münasibətlərin Ümummilli liderimiz Heydər Əliyevin dövründə qurulduğunu bilir. Xalqımız onu da bilir ki, Tacik xalqı Ulu öndərimizə çox böyük hörmət bəsləyir, Ümummilli Lider Heydər Əliyevi həmişə ehtiramla yad edirlər. Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Tacikistan əlaqələri daha sürətlə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Rafis Babayev Hüseynacılı kənd tam orta məktəbinin tarix müəllimi, “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |