Главная > Maraqlı > Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasında səfərdə olmuşdur
Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasında səfərdə olmuşdur12-04-2023, 14:10. Разместил: admin44 |
Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayının 5-də Tacikistana dövlət səfəri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın bir tərkib hissəsidir. Çünki Azərbaycanın Qırğızıstan, Özbəkistan və Qazaxıstanla əlaqələri yüksək səviyyədədir. Tacikistan Mərkəzi Asiyanın iqtisadi cəhətdən zəif ölkəsi olsa da, yerləşdiyi coğrafi mövqe və faydalı qazıntılar baxımından zəngindir. Ona görə də Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır və hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qarşılıqlı səmərəli məsələlərin həlli və beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib. Uzun müddət hər iki ölkə Sovetlər İittifaqı tərkibində olublar və onların həm beynəlxalq müstəvidə, həm də digər regional təşkilatlar səviyyəsində bir-birlərinə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Burada Azərbaycan investisiyalar yatıra və böyük gəlirlər götürə bilər. Həmçinin, Tacikistan MDB məkanında, KTMT-də Azərbaycana dəstək olur. Bu gün Tacikistan və Azərbaycan arasında əlaqələr normaldır. Tərəflər münasibətlərin daha da inkişafı üçün müqavilələr imzalayır. Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də siyasətimizin çox yaddaqalan mərhələsi sayılmalıdır. Xüsusən son dövrlər İranın mədəni irsimizlə, bu çərçivədə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı ilə bağlı saxtakar iddiaları fonunda elam-ari, aysor-suryani qarışığı İrandan fərqli olaraq zəngin fars ədəbi-mədəni irsinin əsl sahibləri olan tacik toplumundan Azərbaycanın haqq mövqeyinə dəstək Tehrana gözləmədiyi yerdən zərbə oldu. Prezident Emoməli Rəhmonun Azərbaycanın böyük oğlu Nizami Gəncəvini "xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin" kökündə dayanan amillərdən olduğunu bəyan etməsi, hər bir tacikin evində Nizamiyə bəslənən dərin hörmətdən bəhs olunması indiki həssas məqamda Azərbaycanın haqqa əsaslanan mövqeyinə ciddi siyasi dəstək oldu. Prezident İlham Əliyevin isə "dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş" Nizamiyə farsdilli Tacikistanda ehtiram bəslənməsindən razılığını ifadə etməsi 30 il Qarabağ və Şərqi Zəngəzuru talan etdiyi kimi mədəni nümunələrimizi də oğurlamağa çalışan irs oğrusu İranın çirkin iddialarına son nöqtəni qoydu. Ceyhun Hüseynov, Masallı MRX İƏ söbəsinin mütəxəssisi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |