Главная > Maraqlı > “Zərərin məhdudlaşdırılması üçün etik qaydaları öyrənək” mövzusunda tədbir
“Zərərin məhdudlaşdırılması üçün etik qaydaları öyrənək” mövzusunda tədbir12-04-2023, 19:04. Разместил: admin44 |
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “Zərərin məhdudlaşdırılması üçün etik qaydaları öyrənək” mövzusunda tədbir keçirildi. Tədbirdə şəhid Sakit Tağıyev adına şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru Əntiqə Tağıyeva və elmi işçi Dilgüşə Məmmədova etik qaydaların işığında azyaşlılarla nələrə diqqət etməli olmaları və çətin hallarda düzgün nəticələr çıxarmaqla bağlı geniş danışaraq, şagirdlərə tövsiyələrini vermiş oldular. Sonra uşaqlara mövzu ilə bağlı müəyyən suallar verilərək, onlarla fikir mübadiləsi aparıldı. Tədbirin sonunda yeniyetmələr muzey və qalereyada regionun tarixi, adət ənənələri, qəhrəmanları, tanınmış şəxsiyyətləri, rəngarəng rəsm tabloları ilə də tanış olaraq maraqlı ekskursiya etmiş oldular. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |