Главная > Maraqlı > Azərbaycanın ordu quruculuğu

Azərbaycanın ordu quruculuğu


13-04-2023, 16:43. Разместил: admin44

Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır. Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır. Silahlı qüvvələrimizin formalaşması müstəqil Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Heydər Əliyevin rəhbərliyi altında silahlı qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, güclü ordu yaratmağa imkan vermiş,onun gələcəkdə dahada möhkəmlənməsi üçün zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyev deyirdi: Mən əminəmki bizim ordumuz bu gun Azərbaycanın müstəqilliyinə, suverenliyinə,ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır. Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın,cəmiyyətimizin içərisində hörmətli,dəyərli insanlardır
               
İnsana ən böyük mükafatı və ən böyük cəzanı da vicdanı verir.“Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir.” “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.
               
Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
             
Doxsanıncı  illərin ortalarından başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin  modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuş, 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır.
.          
“Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”-deyən Ulu Öndər bu Zəfərə inanırdı. İnanırdı ki, qurduğu Ordu gec-tez öz sözünü deyəcəkdir.
           
Bu inam, etimad özünü 2020-ci ildə-44 günlük Vətən müharibəsində qəti şəkildə doğrultdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz düşməni darmadağın edərək 30 illik işğala son qoymaqla bərabər Zəfər yazdı.



Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад