Главная > Maraqlı > “Vətənpərvərlik klubu” çərçivəsində qazi Cahid İbişovu ziyarət

“Vətənpərvərlik klubu” çərçivəsində qazi Cahid İbişovu ziyarət


14-04-2023, 12:59. Разместил: admin44

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi İbişov Cahid Elçin oğlunu ziyarət ediblər. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

İbişov Cahid Elçin oğlu 10 may 1996-ci il tarixində Masallı rayon Qədirli kəndində anadan olmuş, 2002-2013-ci illərdə təhsil almış, 2014-2016-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız Qubadlı rayonun azadlığı uğrunda gedən döyüşdə yaralanmış, 2-ci qrup əlildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İbişov Cahid Elçin oğlu “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад