Главная > Maraqlı > “Mənəvi dəyərləri özündə təcəssüm etdirən Azərbaycan qadını” başlığı altında tədbir

“Mənəvi dəyərləri özündə təcəssüm etdirən Azərbaycan qadını” başlığı altında tədbir


16-04-2023, 11:29. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və  Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə akademik, oftalmoloq Zərifə xanım Əliyevanın anın günü ilə bağlı “Mənəvi dəyərləri özündə təcəssüm etdirən Azərbaycan qadını” başlığı altında tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri iştirak etdilər.

Əvvəlcə Zərifə xanım ,Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri  giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  Zərifə xanım Əliyevanın ümummilli liderlə çiyin-çiyinə addımlayıb, çətin günlərdə ona arxa-dayaq olmasından, bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşımasından danışdı. O, eyni zamanda, Zərifə xanım Əliyevanın övladlarını vətənin layiqli övladları,  öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirməklə yanaşı,  gərgin iş və elmi fəaliyyətlə də məşğul olduğunu xüsusi qeyd etdi.

Muzeyin əməkdaşı Sevinc Əliyeva  oftalmoloq Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə etdi.

Sonra kollecin müdir mavini Dilarə Mürşüdova çıxışında Zərifə xanım Əliyevanın nəcib, qayğıkeş ,milli dəyərləri özündə əks etdirən Azərbaycan qadını olduğunu, bütün bu uğurların kökündə isə  Zərifə xanımın aldığı həyat dərsinin dayandığını söylədi.

Daha sonra Kollecin tələbəsi Məleykə Əsədova sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanımın oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirməsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatların  Azərbaycan tibb elminin parlaq səhifələrindən olduğunu söylədi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад